İmtahan stressinin ölçülməsi sorğusu

Stressi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressini inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya iztirablardır. 

  Şagirdlərin anketləşdirilməsi nəticələri göstərir ki, imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və diareiya meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən xatirələr narahat edir. 

Məktəbin psixoloqu K. Hüseynova şagirdlərlə “ İmtahan stressinin ölçülməsi” sorğusunu apardı, şagirdlərə tövsiyyələrini verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi