Bullinqə yox deyək!

Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir .İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini A. Vəliyeva, uşaq birliyi rəhbəri T. Məhərrəmova və məktəbin psixoloqu K. Hüseynova şagirdlərlə “ Bullinqə yox deyək!” mövzusunda dəyirmi masa təşkil etdilər. Psixoloq bu mövzuda şagirdlərə məlumat verdi, suallar cavablandırıldı. Sonda videoçarx nümayiş olundu.