Valideynləri psixoloji cəhətdən maarifləndirmək

Bütün sahələrdə olduğu kimi, təhsildə də maarifləndirmə əsas məsələlərdən biridir. Bu maarifləndirmə müəllim və şagirdlərlə yanaşı, valideynlər arasında da aparılmalıdır. Çünki övladı tərbiyə edən valideyndir. Məhz valideyn uşağa davranış qaydalarını aşılamalı, cəmiyyət içində özünü necə aparmaq lazım olduğunu başa salmalıdır. Evdə valideyn, məktəbdə isə müəllim uşaq və yeniyetmələrə yol göstərməlidirlər. Valideynlər və müəllimlər vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlsələr, şagirdlər üçün hansısa təlimlərin keçirilməsinə də ehtiyac qalmaz. Çünki uşaqlar onsuz da böyüklərdə gördüklərini təkrarlayırlar”.
Məktəbin psixoloqu K. Hüseynova valideynlərlə görüş keçirdi, onlarla maarifləndirci söhbət apardı.