Qanlı Yanvar

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
Məktəbin Uşaq birliyi rəhbəri T. Məhərrəmova IX sinif şagirdləri ilə dəyirmi masa təşkil etdi. Video çarxlar nümayiş olundu. Şagirdlər hazırladıqları referatları təqdim etdilər.