Rəsm müsabiqəsi keçirildi

20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və şagirdlərin istedadlarını üzə çıxarmaqdan ibarətdir. Müsabiqədə iştirak edən şagirdlə rənglərin diliylə faciəni kağız üzərində əks etdirib, vətənimizə, dövlət rəmzlərimiz və vətənpərvərliyə aid rəsmlər çəkiblər.
Məmmədova Ayan, Əliyeva Zenfira, Qasımlı Nuray müsabiqənin qalibi olmuşlar .