Kompyuter əsri olsa da ,kompyuterin əsiri olmayaq!

Yeniyetmələrdə kompyuter asılılığı fiziki və intellektual sağlamlığa zərər verməklə yanaşı, sinir sisteminə mənfi təsir göstərir.
Maraqlı haldır ki, bu gün valideynlər belə övladlarında kompüter olmasının tərəfdarıdır. Azyaşlıların belə kompüterdən istifadə etdiyi bir dövrdə hansısa uşağa kompüter qadağası qoymaq da mümkün olmur. Azmüddətli istifadə imkanı verildikdə isə uşağı kompüterdən ayırmaq olduqca çətin olur. İstənilən halda kompüter insanın sinir sisteminin dağıcıdı zərbəsi, vaxtın düşməni və aludəçilik üçün ideal bir vasitədir.
Məktəbin psixoloqu K. Hüseynova şagirdlərlə “Kompyuter əsri olsa da, kompyuterin əsiri olmayaq ! ”adlı dəyirmi masa təşkil etdi. Şagirdlərə video çarx nümayiş olundu, qarşılıqlı fikir mübadiləsi edildi.