Şagirdlərlə anonim sorğu

Ümumi təhsil məktəbində yaradıcı və sağlam mühitin yaradılması əsas şərtlərdəndir. Belə mühitdə pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşır. Nəticədə isə məktəblilərin nailiyyətləri artır. Bu da həm ümumi təhsil müəssisəsinin kollektivini, həm də valideynləri razı salır.
Məktəbin psixoloqu Könül Hüseynova VI-XI siniflər arasında problemləri araşdırmaq, sağlam psixoloji atmosfer yaratmaq məqsədilə "Şagirdlərə anonim sorğu " keçirmişdir.