Müəllim-şagird münasibətləri

Müstəqilliyimizin və dövlətimizin mühüm şərtlərindən biri mükəmməl təhsil sisteminə malik olmalıdır. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.
Məktəbin psixoloqu K. Hüseynova müəllimlərlə” Müəllim -şagird münasibətləri ” haqqında dəyirmi masa təşkil etdi. Slaydlar göstərdi, müəllimlərə şagirdlərlə münasibət haqqında tövsiyyələr verdi. Sonda müəllimlərə sorğu paylanıldı, cavablar müzakirə edildi.