Doğru söylə, xoşbəxt ol

Məktəbimiz Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “ Dürüstlük” idi. Məktəbin psixoloqu K. Hüseynova dürüstlük barədə şagirdlərə məlumat verdi, şagirdlərlə fikir mübadiləsi etdi. Şagirdlərə çalışma vərəqləri paylandı, onlar öz fikirlərini qeyd etdilər.