Fərdi fərqlərin təyini sorğusu.

Psixoloji xidmətdə əsas yerlərdən birini psixodiaqnostika tutur. Psixodiaqnostikanın əsas üstün cəhətləri ondan ibarətdir ki, psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxarılır. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır. Məhz buna görə də təlim və tərbiyə prosesində ayrı-ayrı şagirdlərin təlim və tərbiyəsindəki qüsurların psixoloji səbəblərinin aşkara çıxarılması və onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi məktəbdə psixoloji xidmət işində mərkəzi yer tutur.
Məktəbin psixoloqu K. Hüseynova VIII-IX sinif şagirdləri ilə Fərdi fərqlər təyini sorğusu, Modifikasiya olunmuş Ayzenq sorğusunu keçirtdi.