Zəfər Gününə həsr olunmuş dərslər

Müzəffər Azərbaycan ordusunun 44 gün davam edən zəfər yürüşü şanlı qələbə ilə başa çatdı. Ordumuz əsgər və zabitlərin canı-qanı bahasına Ermənistanın 30 ilə qurduğu nəhəng istehkamları yarıb keçərək düşmənin silahlı qüvvələrini darmadağın etdi. Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır.
Məktəbimizin ibtidai siniflərində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər,nümunəvi dərslər keçirilir.Şagirdlər öz sevinclərini çəkdikləri rəsmlərdə,söylədikləri çıxışlarda nümayiş etdirirlər.