Qarabağ Azərbaycandır!

  8 Noyabr ! Azərbaycan xalqının XXI əsrdə tarixinə qızıl hərflərlə yazılan azadlıq 30 ilə yaxın müddətdə canından qoparılmış torpaqların Qarabağ və onun simvolu xarıbülbülün azad olunduğuna imza atılan gün.Minlərlə oğul və qızlarımızın , şəhid və qazilərimizin sinəsini sipər etdiyi bu torpağın üstünə axıdılan qanlar və Ali Baş Komandanımızın iradəsi sayəsində düşməndən misqal-misqal geri alınan torpaqlarımızın sevincini yaşayır və zəfər bayramını,qələbə sevincimizi müxtəlif tədbirlərdə işıqlandırırıq.

  Məktəbimizdə məktəbin psixoloqu K.Hüseynova ,Uşaq Birliyinin rəhbəri M.Teyhanə və tərbiyə işləri üzrə direktor müavini A.Vəliyevanın birlikdə hazırladığı bu dəyirmi masada doğrudan da həmin qələbə və onun sevinci iştirak edənlərə bir daha həmin sevinc payını yenidən yaşatdı.Tədbirdə əks olunan hadisələr ,göstərilən səhnələr,çalınan qələbə şagirdlərin çıxışları,məktəbin direktoru R.Ə.Naibovanın tədbirin sonunda şagirdlərimizə verdiyi yüksək qiymət,Ali Baş Komandanımızın sözü ilə Qarabağ Azərbaycandır ! tədbiri yekunlaşdırılması keçiriləcək yeni tədbirlərə başlanğıc və əsl açar oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi