Zəfər yarmarkası

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir.Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhid olanlara rəhmət eləsin, qazilərimizə şəfa versin.
Məktəbin Tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva,psixoloq K.Hüseynova, uşaq birliyi rəhbəri T.Məhərrəmova,müəllim Z.Rəhimbəyli məktəbin V-VIII sinif şagirdləri ilə birlikdə Zəfər yarmarkasında oldular.Qüdrətli ordumuzun təlim və təchizat avadanlıqları ilə tanış oldular.Qazilərlə xatirə şəkli çəkildi.