Bilik yarışı

Bilik, elm elə bir xəzinədir ki, xərclədikcə artır. Bu xəzinənin açarını əldə daha möhkəm saxlamaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında fənn olimpiadaları keçirildi.
Məktəbimizin şagirdləri də bu yarışda çox böyük həvəslə iştirak etdilər. Təhsil İdarəsi tərəfindən hazır gələn materiallar artırılaraq fənlər üzrə məktəbin direktoru R.Ə.Naibova tərəfindən şagirdlərə paylandı və direktor şagirdlərə uğurlar arzuladı.
Şagirdlərin yazıları müəllimlər tərəfindən yoxlanıldı və protokollaşdırıldı.