Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Bakı Şəhər Təhsil idarəsi, Təlimə dəstək mərkəzinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini A. Vəliyeva və məktəbin psixoloqu K. Hüseynova iştirak etdilər. Tədbirdən sonra sertifikatla təltif olundular.