Risk qrupuna aid olan uşaqları aşkar etmək üçün anonim sorğu...

Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır.
Məktəbin psixoloqu K. Hüseynova 6-11 ci sinif şagirdləri arasında risk qrupuna aid olan usaqları aşkar etmək üçün anonim sorğu apardı. Sorğunun nəticəsinə uyğun şagirdlərə lazımi tövsiyyələr verdi.