Valideynlərlə görüş

IX sinif məktəbin təhsil göstəricisinin əsasını təşkil edir.Odur ki, həmin siniflərdə təhsil alan şagirdlərlə hər bir müəllim öz üzərindəki məsuliyyəti dərindən hiss edərək daha yaxsı və keyfiyyətli məşğul olur. Verilən təhsilin daha yüksək nəticə verməsi üçün əsas işlərdən biri məktəblə valideyn arasında münasibətlərin düzgün qurulmasıdır.
Məktəbin doqquzuncu sinif şagirdlərinin valideynləri ilə onlayn görüş keçirildi. Həmin görüşdə məktəbin direktoru R.Naibova keçən tədris ilində təhsil alan doqquzuncu sinif şagirdlərinin imtahan göstəriciləri ilə valideynləri tanış etdi və bildirdi ki, hər bir valideyn öz övladının yüksək səviyyədə təhsil göstəricisi qazanmasına müəllimlər qədər məsuliyyət daşımalıdır.