Şagirdlərlə diqqətin diaqnostikası

Uşaqlarda diqqətin inkişaf etdirilməsi erkən yaşlardan lazımdır. Uşaqlara ümumi məlumatlar içərisindən onlar üçün önəmli olan məlumatı seçməyi və diqqətini əsas onun üzərində cəmləməyi öyrətmək önəmlidir. Diqqətin düzgün idarə edilməsi, təhsilə də təsir edir, çünki yeni biliklərdən yayınmamaq və onu möhkəmləndirmək çox vacibdir. Həmçinin diqqəti bir fəaliyyətdən digərinə keçirmək qabiliyyətini də inkişaf etdirmək lazımdır. Bu gələcəkdə uşağın eyni anda bir neçə fəaliyyətlə məşğul olmasına kömək edəcəkdir. Məktəbin psixoloqu K.Hüseynova III sinif şagirdləri ilə diqqətin keçirilməsi və paylanılması diaqnostikasını keçirdi,nəticələrə uyğun olaraq şagirdlərə tövsiyyələrini verdi.