Elm, təhsil ocağımız-sevimli məktəbimiz

Günlərdir həsrətlə gözlədiyimiz , gecikməyi ilə qəlbimizi yerindən oynadan, səsli-küylü ilk dərs günü xoş gəldin müəllim və şagirdlərimizin həyatına. Bu gün, 29 sentyabr məktəbdə V-XI siniflərdə həyat öz axınına qayıtdı.
Məktəbimizin həyətində pandemiya qaydalarına əməl olunaraq sıraya düzülən, siniflərə daxil olub, oxumağa tələsən şagirdlərimiz Azərbaycan Respublikasının himnini qalib dövlətin qalib şagirdləri olaraq oxudular. Hər bir şagirdin və müəllimin üzündə qələbə sevinci ifadə olundu.
Məktəbimizin direktoru R.Ə.Naibova şagird və müəllimlərimizi təbrik etdi. Keçən dərs ilində təhsildə fərqlənən, davranışı ilə digər şagird yaddaşlarına nümunə olan şagirdlərimizi diplomlarla təltif etdi.
Onlara daha böyük uğurlar arzuladı. Bütün şagird və müəllimlərin hərarəti yoxlanıldı, əlləri dezinfeksiyaedici məhlulla təmizləndi və şagirdlərimiz səliqəli otaqlarında dərsə başladılar. Bütün siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır” mövzusunda tədris edildi.