Anım günü

28 illik torpaq həsrəti gözləri, könülləri yandıran ayrılıq , düşmən tapdağında qalan abidələr, yoxa çıxarılan evlər, həyətlər, ən acısı qırılan, yandırılan insanlar, əsir götürülən ana-bacılar.
Bu acıları gözünə, könlünə yazıb, dünyasını dəyişən insanların ölərkən belə acı çəkməsi bütün bunlara son verən 27 sentyabrda başlanıb, 8 noyabrda 44 gün ərzində hər gün həm ağlayıb, həm sevindiyimiz qələbəyə gedən, vətən torpağını düşməndən azad edərkən şəhid olan oğullarımızın hər rayon, şəhər uğrunda axıdılan qanları, qapanan igid oğul gözləri. Ali Baş Komandanımızın vüqarlı duruşu, hər bir sözü, hərəkəti ilə xalqına arxa olan prezident İlham Əliyevin mətanəti , illərin həsrətinə son qoydu.
Bu gün də xalqın ürəkdən sevindiyini , şəhidlərə verdiyi qiyməti bir daha nümayiş etdirdi. 27 sentyabr anım günü elan edildi. Bu anım günü məktəbimizdə də çox böyük inamla qeyd edildi. Saat 12 sükut bütün Bakını bürüdü.