Məktəbə xoş gəldiniz

Elm, bilik ocağı, dünyaya Günəş qədər işıq saçan məktəb. Açılışın mübarək. 
Məktəbimiz şagirdləri Təhsil Nazirliyinin təlimatına və Covid-19 pandemiyası üçün nəzərdə tutulan qaydalara uyğun qəbul etdi. Məktəbin direktoru R.Naibova birinci sinfə qədəm qoyan, bu günün fidanları, gələcəyin qurucuları olan şagirdləri təbrik etdi, uğurlar arzuladı. Müəllimlərin nəzarəti ilə həmin körpələr məktəbə daxil oldular. Sıraya düzülmüş, sinif otaqları üçün darıxan şagirdlərin və müəllimlərin üzündə görünən sevinc işığı dünyamızı nura qərq etdi. Sıraya düzülən şagirdlərin arasında qaydalara uyğun ara məsafəsi gözlənildi. Hər bir şagird məktəbə daxil olarkən hərarəti yoxlanıldı, əlləri dezinfeksiyaedici maddələrlə təmizləndi. 
Məktəbin direktoru R.Naibovanın cəhdi və qayğısı sayəsində təşkil olunan bu intizam məktəbin daxilində də davam etdirəcək. 
Başda Təhsil Nazirimiz olmaqla bütün təhsil işçilərinin dərs ili uğurlu olsun.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi