Yay məktəbində şagirdlərin Heydər Əliyev mərkəzində bir günü

Yay məktəbi şagirdlərin həm öyrənmək, həm əylənmək üçün ən gözəl vaxtlarındandır.
Budur bu vaxtlardan biri. Şagirdlərimiz məktəbin psixoloqu K.Hüseynova, UBR-i, T.Məhərrəmova və ədəbiyyat müəllimi Z.Rəhimbəyli ilə birlikdə H.Əliyev mərkəzində səmərəli vaxt keçirir. Oradakı musiqi alətləri , tarixi hadisələri canlandıran digər vəsaitləri müşahidə edir.
Ulu öndər H.Əliyevin həyat yolunu işıqlandıran şəkillər, onun orta və ali məktəblərdə aldığı qiymətlər, demiş olduğu müdrik kəlamlar uşaqların daha çox diqqətini cəlb edir və onların bu müdrik insanın nəyə qadir olduğunu dərindən öyrənmələrinə səbəb olur.