Yay məktəbində azərbaycan dili və riyaziyyat fənlərinin inteqrasiyası dərsi

Yay məktəbi uşaqların sevinclə qarşıladığı və həvəslə iştirak etdiyi həm dərs, həm əyləncə formasıdır. Hazırda keçirilən dərslər şagirdlərə daha maraqlıdır. Çünki onlar tək məktəbdə deyil, təbiətin qoynunda, görmək istədikləri məkanlarda da dərs keçir və həvəslə öyrənirlər.
Budur, şagirdlərimizlə təbiətin ən gözəl guşələrindən birində , sahil parkında Azərbaycan dili və riyaziyyatın birgə , inteqrasiya dərsi keçirilir. Şagirdlərimiz dil və həndəsi fiqurların bir-biri ilə səsləşdiyini , sayın həm Azərbaycan dili həm riyaziyyat fənninin terminləri kimi mənalarını mübahisə və müzakirələrlə müəyyənləşdirirlər.