Nizami Gəncəvi irsi

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Məktəbin kitabxana müdiri M.Qasımova kitabxana üzv olan şagirdlərlə Nizami Gəncəvinin əsərləri ilə tanışlıq keçmiş,oxunmuş əsərlərin müzakirəsini aparmış və digər əsəsrlərinin əsas ideyası haqqında əlavə məlumat vermişdir.