28 May -Respublika günü

Tariximizin ən şanlı səhifələrindən biri də 1918-ci il 28 maydır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib.Respublika günü münasibətilə məktəbimizdə onlayn tədbir keçirildi. Şagirdlər rəsmlər çəkdilər, və bu gün haqqında ətraflı məlumat verdilər.