“ Müdrik siyasət – Qarabağ Zəfəri ”

Bakı Şəhər İcra Hakiçiyyətinin təşəbbüsü və təşkilatçılığı , Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “ Müdrik siyasət-Qarabağ Zəfəri ” mövzusunda referat yazı müsabiqəsi keçirilib.Əsas məqsədi Prezident ,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması,onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi məqsədi ilə keçirilən müsabiqə 2 mərhələdən ibarət olub.
Keçirilən hər iki müsabiqədə məktəbimizin 10-cu sinif şagirdi Əsgərova Fatimə Baxış qızının "İlham Əliyev və uğurlu diplomatiya" mövzusunda referat yazısı seçilərək fəxri fərmanla təltif olundu.
Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilib.