Vətən müharibəsi və böyük qayıdış

44 gün davam edən Vətən Müharibəsi Böyük Qələbəmizlə başa çatdı.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək,torpaqlarımızı işğaldan,düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz,əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini,əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Məktəbimizdə Vətən müharibəsi və böyük qayıdış mövzusunda rəsm və inşa yazı müsabiqəsi keçirildi.Qələbəmiz şagirdlərin rəsmlərində,inşa yazılarında bir daha tərənnüm olundu.