1 Mart “ Ümumdünya Mülki Müdafiə Günü ”

Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuş, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizə rolu” mövzusunda 01 mart 2021-ci ildə məktəbin Mülki Müdafiə tədbirlər planına uyğun olaraq məktəbin II ,V,VI siniflərinə məlumat verildi,şəkillər nümayiş olundu.