“Xocalı faciəsi”nə dair rəsm müsabiqəsi və sərgi

1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir.
Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktarı saxtalaşdırmaq, öz mülahizələrinə uyğunlaşdırırlar. Onların bu yanaşması nəinki reallıqdan uzaqdır, həmçinin sadə məntiq qaydalarına ziddir. Bütün bunlara baxmayaraq, ən kəskin təbliğat belə real vəziyyəti əks etdirən faktları inkar etməyə və Ermənistan tərəfinin təqdim etdiyi reallıqdan uzaq yanaşmanı qəbul etməyə imkan verməyəcəkdir.
Məktəbimizdə “ Xocali faciəsi”nə dair rəsm müsabiqəsi keçirildi.Şagirdlər müxtəlif rəsm əsərləri çəkdilər.Xocalı faciəsinə aid sərgi təşkil olundu,şagirdlər sərgidə iştirak etdilər,və dərin hüznlə Xocalı şəhidlərini andılar.