Yol hərəkəti qaydaları

Məktəbyaşlı uşaqların , yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitdə düzgün münasibətin formalaşdırılmasına xidmət edir. Uşaqların yol hərəkəti qaydaların bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir. Məktəbimizdə daimi olaraq yol hərəkəti qaydaları haqqında uşaqlar məlumatlandırılırlar. Bununla bağlı IVa sinif şagirdləri yol hərəkəti qaydaları haqqında dərs hazırlamış , müxtəlif rəsmlər çəkmiş , yol hərəkət qaydalarına riayət etmələri haqqında məlumat vermişlər.