Pandemiya şəraitində şagirdlərə gigiyena qaydalarını aşılamaq

Bütün dünyada insanlar özlərini,ailələrini koronavirus xəstəliyindən qorumaq üçün önləyici tədbirlər gördükləri kimi ,uşaqların da xeyirxah,nəzakətli və hər kəs üçün əlverişli mühitdə öyrənməyə davam edə bilməsi vacibdir.Bu işdə məktəblər və müəllimlər mühüm rol oynayır.Koronavirus xəstəliyi haqqında dəqiq məlumatların və elmi cəhətdən əsaslandırılmış faktların mübadiləsi,şagirdlərin bu xəstəliklə bağlı qorxularını və narahatlıqlarını azaltmağa,həmçinin həyatlarında hər hansı yan təsirlərin öhdəsindən gəlmək qabiliyyətini dəstəkləməyə kömək edəcəkdir.Məktəbin psixoloqu K.Hüseynova pandemiya şəraitində şagirdlərə gigiyena və sosial məsafənin gözlənilməsi qaydalarını aşılamaq barədə söhbət apardı və şagirdlərə lazımi tövsiyyələr verdi.Şagirdlərə mövcud vəziyyətlə bağlı məlumatlandırıcı vərəqlər payladı.