Məktəbdaxili qiymətləndirmə keçirildi

Məktəbdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının “Xüsusi karantin rejimi dövründə ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları”na əsasən, I yarımil üzrə qiymətləndirmə prosesinə başlanıldı.”Qaydalar”a müvafiq qiymətləndirmənin aparılması forması fənn müəllimlərinin diqqətinə çatdırılaraq qiymətləndirmənin keçirilmə tarixi,istifadə edilən elektron tətbiq,qiymətləndirmə vasitələri,iştirak edənlərin siyahısı,aldıqları ballar və qiymətlər haqqında yazılı hesabat vermələri bir daha xatırladıldı.
Qiymətləndirmə II-XI siniflərdə fənn müəllimləri tərəfindən distant formada aparıldı.Nəticələrin 100 ballıq şkala ilə ölçülməsi,balların yarımillik qiymətlərin hesab edildiyi bir daha şagirdlərə çatdırıldı.
Onlayn qaydada keçirilən qiymətləndirmənin ilk günündən məktəbin müəllim və şagird kollektivinin fəallığı hiss olunurdu.Qiymətləndirmədə bir sıra elektron resurslardan istifadə olundu.Əsasən Microsoft Teams platforması üzərində Teams proqramından istifadə edilərək test,şifahi sorğu və tapşırıq üsulları vasitəsi ilə qiymətləndirmə həyata keçirildi.
Ölkədə davam edən pandemiya şəraitinə baxmayaraq şagirdlər qiymətləndirməyə yüksək əhval-ruhiyyə ilə qoşulurdular. Aparılan qiymətləndirmə məktəb rəhbərinin daim diqqət mərkəzində olduğundan heç bir narazılıq halı baş vermədi.Rəhbərlik hər kəsə I yarımil qiymətləndirilməsində uğurlar arzuladı