Pedaqoji Şura iclası

 Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili ilə əlaqədar Azərbaycan Respublikası  Təhsil Nazirliyi Kollegiyasnın 2021- ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının(məktəbdaxili qiymətləndirmənin)aparılma-sının müvəqqəti Qaydaları” ilə əlaqədar onlayn şəklində məktəbin növbədənkənar Pedaqoji Şurasının iclası keçirildi. İclasda Kollegiyanın qərarından irəli gələn məsələlər:
   - II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmənin fənn müəllimləri tərəfindən aparılması
   - summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülməsi
   - qiymətləndirmənin  formaları və vasitələri
   - üzürlü və üzürsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların qiymətləndirilmələri
   - müəllim və şagirdlərin qarşılaşa biləcəkləri çətinliklər və onların həlli yolları
   - 1 fevral tarixində I-IV siniflərdə əyani dərslərin başlanılması və cari məsələlər müzakirə edildi
   Məktəbin direktoru R.Naibova “Qərar”la bağlı çıxış edərək qərardan irəli gələn bir sıra məsələlərə açıqlamalar gətirdi,şagird və müəllimlərin cari çətinlikləri ilə bağlı məlumat verdi.Müəllimlər,metodbirləşmə sədrləri və qabaqcıl fənn müəllimləri müzakirədə fəal iştirak etdilər.
   Sonda fevralın biri tarixinə  I-IV siniflərdə 3 günlük əyani dərslərin başlanılması işlərinə hazırlıq məqsədi ilə məktəb kollektivinə ,aidiyyatı şəxslərə bir sıra göstəriş və tapşırıqlar verildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi