Unutmadıq, Unutdurmarıq !

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 31 il ötür. Vətən yolunda şəhidlik əsl qeyrət , hünər, şərəf və ləyaqət zirvəsidir. 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
35 nömrəli məktəbin lV a sinif şagirdləri tərəfindən “Unutmadıq, Unutdurmarıq !” adlı dərs keçirildi.Dərsdə şagirdlər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söylədilər və çəkdikləri rəsmləri nümayiş etdirdilər.