Nəriman Nərimanovun 150 illik yubileyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 14 fevral 2020-ci il tarixində Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək üçün sərəncam imzalamışdır. Nəriman Nərimanov məşhur yazıçı ,dramaturq , publisist və marifçi kimi Azərbaycan ədəbiyyatında qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin vətənpərvərlik ruhu hakimdir. Məktəbin VIII sinif şagirdləri Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirdilər. Dramaturqun həyat və yaradıcılığı haqqında , əsərləri haqdinda danışıldı.