Fənn olimpiadasının məktəb mərhələsi

 16.01.2021- ci il tarixində Microsoft Teams platforması üzərindən məktəbin VIII,IX,X  və XI sinif şagirdləri arasında fənn olimpiadasının məktəb mərhələsi onlayn şəkildə təşkil edildi.
  Keçirilən fənn olimpiadasının məktəb mərhələsində Azərbaycan dili  və ədəbiyyat,riyaziyyat,fizika,informatika,kimya, biologiya,tarix və coğrafiya fənləri üzrə məktəbin 39 nəfər şagirdi  iştirak etdi.Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi,şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması,şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması,onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
   İştirak edən şagirdlərin nəticələri təhlil edildikdən sonra nəticələri müsbət olan şagirdlərin olimpiadanın növbəti mərhələsində iştirakları təmin ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi