V Məntiq olimpiadasının qalibi

“Lütfi Zadə adına Məktəblilər arası V Məntiq Olimpiadası”nın final mərhələsinin nəticələri açıqlanıb.
Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq ,onlayn keçirilən olimpiadada məktəblilərin VI-VII sinif şagirdləri iştirak edirdi.VI-VII sinif şagirdləri arasında keçirilən yarışın final mərhələsində iştirakçılara riyazi,bədii,mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib. Məktəb mərhələsini uğurla keçən ,finalda iştirak edən şagirdlərimizdən 6 - cı sinif şagirdi Kərimli Zəhra 76 balla 3-cü yeri qazanmışdır.Uğur qazanan hər bir şagirdimizə uğurlar arzulayırıq
Qeyd edək ki,keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək,istedadı və məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq,onları həvəsləndirmək və elmə maraqlarını artırmaqdan ibarətdir.