20 Yanvar

1990-cı il 19 yanvar... Qaranlıq gecə. İşdən, məktəbdən qayıdan insanlar. Heç nədən xəbəri olmayan, öz evinə tələsən, ya da yaşadığı şəhərin gözəlliklərini seyr edən insanların faciə gecəsi. Bu gecə mənfur düşmənlərimiz xalqımızın üstünə od ələdi. Əli yalın insanları qırdı, taladı, tankların təkərləri altında tapdaladı. Neçə-neçə uşaqlar, qocalar, gənclər öldürüldü, maşınlar yandırıldı.
Dəhşət saçan bu gecədə hamı öz övladını, ata- anasını axtarmağa çıxdı, lakin evinə qayıda bilmədi.
Zülmətə qərq edilmiş şəhərimiz 20 Yanvarı qanla açdı. Heç kəs səhərin açılmağını istəmədi ki, gedib günahsız, güllələnmiş,, tapdalanmış, məhv edilmiş insanları görməsin.
Hər il olduğu kimi bu il də məktəbimizin şagird və müəllimləri yaddaşlarımızda acı xatirələr açan bu hadisəni müxtəlif formalarda- inşa, rəsm və digər müsabiqələrlə onlayn qeyd ediblər. Tariximizi yaşatmaq üçün bunların vacibliyini qeyd ediblər.
Lakin, həyat davam edir. 30 ildən artıq sinəmizi göynədən bu acının əvəzi mənfur düşmənlərimizdən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin və müzəffər ordumuzun sayəsində alındı. Acımız az da olsa dinləndi. Qarabağ Azərbaycandır!