Qanlı Yanvar.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
35 nömrəli məktəbin IVb sinif şagirdləri tərəfindən “Qanlı Yanvar “ adlı tədbir keçirildi. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söylədilər və çəkdikləri rəsmləri nümayiş etdirdilər.