Ulu öndərimizin doğum günü məktəbimizdə qeyd edilir

10 may 2016-cı il tarixində Heydər Əliyevin 93-cü ildönümü ölkəmizin hər yerində qeyd edilir. Ulu öndərin keçirdiyi həyat yolu bütöv bir salnamədir. Bu da bir xoşbəxtlikdir ki, xalqımızın müstəqillik və dirçəliş yolundakı addımları da Ulu öndərimizin rəhbərliyi altında olubdur. May ayının 10-da Azərbaycan xalqının böyük oğlu müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı məktəbimizdə iməcilik keçirildi. İməciliyə 5-11-ci sinif şagirdləri və müəllimlər cəlb edilmişdi. Əvvəlcə şagirdlər sinif otaqlarında, məktəbin dəhlizində təmizlik işləri gördülər. Daha sonra məktəbin 9,10,11-ci sinif şagirdləri və sinif rəhbərləri məktəbin həyətində abadlıq işləri apardılar. Həyətdəki quru otlar, qurumuş gül kolları təmizlənərək yeniləri ilə əvəz olundu. Məktəbin həyəti lazımsız otlardan , bitkilərdən təmizləndi. Ağacların dibləri belləndi, ağaclar ağardıldı. Məktəbin həyətində təbii güllərdən ibarət müxtəlif gül kompazisiyası düzəldildi. Çoxlu sayda güllər əkildi. İməcilikdə şagird və müəllimlər böyük ruh yüksəkliyi ilə iştirak edirdilər. Tədbir saat 10:00 -da başladı və 13:00-a qədər davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi