Hərb tariximizin şanlı səhifəsi

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi” haqqında “Təhsil Nazirliyinin Fəaliyyət planı”na əsasən məktəbimizin Fəaliyyət planına edilən dəyişikliklərə uyğun olaraq məktəbin şagirdləri və müəllimləri onlayn formada müəyyən tədbirlər və mühazirələr hazırlamışlar. Hazırlanan mühazirələrdə müəllimlərin tarixi qələbəmizə həsr olunan mühazirələri demək olar ki, Qarabağın yarandığı gündən hazıra qədər keçdiyi tarixi yol, oranın mədəniyyət güşəsi olması, musiqi və sənət adamlarının, yazıçı və şairlərinin, elm adamlarının siyasi, hərbi və digər sahələrdə çalışaraq tanınan nümayəndələrinin haqqında ətraflı məlumat verilməklə yanaşı otuz ildir düşmən tapdağında olan, könlümüzə,gözümüzə dağ çəkən Qarabağ və onun ətraf rayon və şəhərlərinin azad edilməsi, bu azadlıqda canını vətənə fəda edən şəhidlərimizin, yaralı qazilərimizin fədakarlığı işıqlandırıldı.

       Bu tarixi qələbənin qazanılması, illərin torpaq həsrətinin başa çatması, ordumuzla yanaşı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin dünya siyasi arenasında qazandığı qələbədir. Bu tarixi qələbə münasibəti ilə Azərbaycan xalqını və Ali Baş Komandanı təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi