Qarabağ Azərbaycandır!

Hər bir Azərbaycan vətəndaşının, eləcə də məktəblilərin vətənpərvər ruhda yetişməsi həmişə olduğu kimi, bu gün də təlim-tərbiyə işinin təşkilində prioritet hesab olunur. Bu  günlərdə Ali Baş Komandanımızın güclü siyasəti nəticəsində qazandığımız şanlı qələbəmizlə əlaqədar ölkəmizdə hər sahədə tədbirlər, konfranslar, müşavirələr təşkil olunur. Belə ki, Nəsimi rayon 35 nömrəli tam orta məktəbdə , Təhsil Nazirinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmrini rəhbər tutaraq, 14.12.2020-ci il tarixdə “Qarabağ Azərbaycandır” adlı intellektual müsabiqə keçirtdi. Müsabiqədə təlimata uyğun olaraq, 8-11-ci siniflər üzrə şagirdlərin iştirakı təmin edildi. Müsabiqə Teams platforması üzərindən virtual məktəbdə, rəhbərlik və tarix müəllimlərinin birgə iştirakı ilə təşkil olundu. Şagirdlərin komandaların (Xarıbülbül,  Xudafərin, Suqovuşan) adlarına uyğun hazırladıqları video materiallar hər kəsdə ruh yüksəkliyi, qürur hissi yaratdı. Hazırlanan suallara şagirdlərin hazırcavablığı bir daha sübut etdi ki,vətənpərvərlik mövzusu istiqamətində aparılan bütün işlər öz bəhrəsini hər zaman verir və hər dəfəsində əmin oluruq ki, gələcəyimiz güvənli əllərdədir. Ali Baş Komandanımızın tez-tez vurğuladığı kimi: Yaşasın Azərbaycan xalqı. Müzəffər Ordumuz! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi