"Ümummilli lider Heydər Əliyev və onun xalqımızın tarixində əvəzolunmaz irsi"

Bu gün 10may 2016-cı il tarixində “ Ümummilli lider Heydər Əliyev və onun xalqımızın tarixində əvəzolunmaz irsi” adlı dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı.Tədbirdə dahi lider Heydər Əliyev, onun həyat yolu, irsi haqqında məlumat verildi, məktəbin şagirdlərin və ADU-nun təcrübədə olan tələbələrinin məruzələri dinlənildi.Tədbirdə həmçinin 2 aprel 2016-cı il tarixində ölkəmizin işğal edilmiş torpaqlarının alınması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın ölümünün qırx günü də anıldı. Bütün iştirakçılar mərd əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə Heydər Əliyev və onun həyat yolu ilə bağlı slaydlar göstərildi. Heydər Əliyevin çıxışları dinlənildi. Tədbirdə məktəbin xarici dil fənn metodbirləşmə rəhbəri Sədaqət Məmmədova ingilis dili müəllimləri -Rəsmiyyə Mehdiyeva, Pərvanə Talıbova , ADU-nun psixologoya kafedrasının dossenti Akif Quliyev, leksikolagiya kafedrasının baş müəllimi Mehriban Hacızadə iştirak etdilər. Tədbirin sonunda ADU-nun psixoloqu dos Quliyev Akif müəllim dəyirmi masa haqqında öz fikirlərini bildirdi.Məktəbin xarici dili fənn metodbirləşmə rəhbəri Sədaqət Məmmədova bütün tədbir iştirakçılarına , dəyirmi masanın ərsəyə gəlməsində əməyi olan müəllim, şagird və tələbələrə təşəkkür etdi və bu cür mövzularda dəyirmi masanın vaxtaşırı keçirilməsinin şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynadığını vurğuladı.