Azərbaycan Dillər Universitetində iki günlük konfrans

Azərbayca Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri”adlı ikigünlük Respublika elmi-praktiki konfrans keçirildi.İclas Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə başladı. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov konfransın əhəmiyyətindən danışaraq, Azərbaycanda xarici dillərə marağın XVIII əsrin ortalarından yarandığını söylədi.O,elmsiz heç bir nəticə əldə olunmadığını bildirərək konfransı açıq elan etdi. Elmi hissənin baş inspektoru Xatirə Aslanova konfransın strukturu və gedişatı haqqında məlumat verdi.O,30-a yaxın ali təhsil müəssisəsi və 10-dan çox orta məktəb müəlliminin məruzə ilə çıxış edəcəyi konfransda 4 bölmə üzrə müxtəlif mövzularda məruzələrin olmasını qeyd etdi. 35 №-li tam orta məktəbin ingilis dili müəllimləri Sədaqət Məmmədova “Xarici dillərin tədrisinin linqvodidaktik məsələləri “, Pərvanə Talıbova “Metodikanın təcrübə yolu ilə öyrənilməsi“ və Rəsmiyyə Mehdiyeva” Tərcümənin nəzəri və praktiki məsələləri“ mövzularında konfransda müxtəlif bölmələrdə çıxış etdilər və maraqlı diskusiyalarda iştirak etdilər. ADU-nun rektoru əvəzi prof D.Yunusov müzakirələrdə orta məktəb müəllimlərin fəal iştirak etməsini xüsusi vurğuladı.O,konfransda bütün iştirakçıların məruzələrini əhatə edən kitabı əldə etməyin mümkünlüyündən danışdı. Konfransın işini yüksək qiymətləndirən professor D.Yunusov hər kəsə təşəkkürünü bildirdi.Sonda bölmə rəhbərləri konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi