Valideyn iclası

Valideyn məktəb əlaqəsi möhkəm qurulan hər bir məktəbdə, təhsilin nəticəsi yüksək olur. Bunu nəzərə alan məktəbin müdiriyyəti ümumi məktəb valideyn iclası keçirdi. Internet üzərində keçirilən bu iclasda valideynlər imanla iştirak edir, cavab axtardığı suallarla müəllimlər və məktəb müdiriyyətindən cavab almağa çalışırdılar. Distant dərslərdə şagirdlərin iştiraklarının təmin edilməsi ilə bağlı söhbət aparıldı. “Covid 19” la əlaqədar dünyadakı və ölkəmizdəki vəziyyət bir daha valideynlərin nəzərinə çatdırıldı.

Bir neçə valideyn öz övladlarını imkansızlıq üzündən dərsə qoşa bilmədiyini, internet və texnologiyanın çalışmadığını qeyd etdi.

Məktəbin direktoru R.Ə.Naibova həmin valideynlərə televiziyada ARB və digər kanallarda keçirilən dərslərə baxmalarını tövsiyə etdi. Onların övladlarını təhsil işçilərinin də onlar qədər düşündüklərini valideynlərin nəzərinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi