Şanlı Qələbə videokonfrans

30 ildir düşmən əsarətində qalan mədəniyyət və musiqi beşiyi Qarabağ və yeddi digər rayonumuz Azərbaycan Respublikası Prezidenti cenab İlham Əliyevin apardığı daxili və xarici siyasət milli ordumuzun döyüş ruhu, torpaq sevgisi, vətənin bütövlüyü uğrunda apardığı döyüş nəticəsində xalqımızın torpaq həsrətinə son qoyuldu. Bu böyük qələbənin təhsildə tətbiq edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi 16 noyabr 2020-ci il Təhsil müəssisələrində Fəaliyyət planının təsdiqi barədə F-512 №li əmr imzalandı. Burada 2020-ci il sentyabr ayının 27- də başlanan vətən müharibəsi sayəsində təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında aparılan işğalçılıq siyasətinin başa çatması və tarixi qalibiyyətlə qurtarması Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Əmrdə göstərilən bütün fəaliyyət növlərinin təhsildə tətbiqi ilə bağlı məktəb pedaqoji şurasının iclası keçirildi. Onlayn formada keçirilən iclasda məktəbin direktoru Rəna Naibova müəllimləri Fəaliyyət planı ilə tanış etdi və planda göstərilən müddəaların təhsildə tətbiqini tövsiyə etdi.
Torpaqlarımızın azadlığı uğrunda apardıqları mübarizəyə görə milli ordumuza və Azərbaycan Respublikasının Ali Baş komandanına minnətdarıq. Qarabağ Azərbaycandır!