Dirçəliş günü

Uzun illərdir Dirçəliş gününü qeyd edəndə Qarabağ həsrəti ürəyimizi yandırır. Sevincimizə hüzn qatırdı.
Bu ilki Dirçəliş gününü Qarabağ sevincinə qatdıq. 30 il həsrətini çəldiyimiz, ürək ağrısı ilə xatırladığımız torpaqlarımızın özümüzə qaytarılması bütün xalqımızın sevinc qaynağı oldu. Bu sevinci bizə yaşatdıqları üçün Azərbaycan ordusuna, şəhid olan oğullarımıza və Ali Baş Komandanımıza minnətdarıq.
Dirçəliş gününə ibtidai sinif şagirdlərinin həsr etdiyi rəsmlər, söylədikləri şeirlər onların kiçik ürəklərində geniş dünyanı yerləşdirə bilmələri, istək və arzularını insanlara çatdırmaq üçün bir nümunədir.