Biz sizi sevirik

Əziz əsgərlərimiz vətəni qoruyan onun yolunda canını qurban verməyə hazır olan əsgərlərimiz biz, şagirdlərin, örnək yeri, güvənc timsalıdır. İllərlə torpaqlarımızın iyirmi faizdən çoxu düşmənlərin-mənfur ermənilərin tapdağı altında idi. İyirmi yeddi sentyabrdan Milli ordumuzun əsgərləri Ali Baş Komandanımızın əmri ilə işğal altında olan torpaqlarımızı erməni daşnaqlarından geri alır, əsl döyüş nümunələri göstərirlər. Hər gün yenidən geri alınan rayon və kəndlərimiz bizi ruhlandırır. Bu münasibətlə o torpaqları düşmən tapdağından azad edən əsgərlərimizə öz ürək sözlərimizi yazır, qəlbən onların yanlarında olduğumuzu onlara çatdırırıq. Allah əsgərlərimizi qorusun.
Qələbə bizimdir.
Qarabağ Azərbaycandır.