Qədəmləriniz uğurlu olsun, fidanlarımız

Təhsil hər bir xalqın dili qədər önəmli olan və xalqı gələcəyə aparan ən mühüm vasitədir. Bu vasitənin qoruyucusu müəllimlər, yaşadıcısı isə xalqımızın övladları olan şagirdlərimizdir. Azərbaycan Respublikasının Prezidenti, hamımızın sevimlisi, hörmət və ehtiram bəslədiyimiz İlham Əliyev elmə,təhsilə xüsusi qayğı göstərir. Kiçik yaşlı uşaqların məktəbə cəlb olunması təhsil səviyyəsinin yüksəldilməsi üçün çalışır. Bunu biz ölkədə gedən təhsil islahatları , yeni məktəb binalarının tikilməsi, əyani vasitələrlə təmin olunmasında daha aydın görürük.
Budur 10 oktyabr kiçik yaşlı fidanlarımız təhsilə hazırlıq qrupu olaraq məktəbin qarşısına yığışmış, həm müəllimləri, həm valideynləri ilə bir yerdə olmağa çalışırlar. Onların “Covid 19”ilə əlaqəli temperaturları yoxlanılır, lazimi tibbi tədbirlərə əməl olunduqdan sonra məktəbə daxil olurlar. Qədəmləriniz uğurlu olsun, xalqımızın gələcək qurucuları olan vətən övladları.