15 sentyabr bilik günüdür.

Elm,təhsil bəşər tarixinin inkişafı, ölkənin və onun insanlarının tanınmasıdır.
Hər yay tətilindən sonra valideynlərin, müəllimlərin və şagirdlərimizin həsrətlə gözlədiyi 15 sentyabr “Bilik günü” yetişdi. Dünyanı ağuşuna alan Covid-19 virusunun tüğyan etdiyi bir vaxtda təhsilə önəm verən, xalqın gələcəyinin təminatında onun rolunu yüksək qiymətləndirən təhsil işçilərimiz heç də şagirdlərimizin təhsildən yayınmasına imkan vermədilər. Şagirdlərimizə onlayn dərslər keçdilər. Təhsil Nazirliyinin “Virtual təhsil” proqramından istifadə etdilər. Bütün çətinliklərə baxmayaraq ölkənin inkişafına, uşaqların gələcəyinə təkan verən təhsilin geriləməsinə imkan vermədilər.
Hazırda davam edən çətinliklərə baxmayaraq dərslərin yarı əyani, yarı onlayn olmaqla davam etdirilməsi bunu bir daha sübut edir.
Məktəbə ilk qədəm qoyan birincilərin siniflərə daxil olması, öz müəllimlərinin səsini dinləməsi, dediklərini eşidib, həyata daha möhkəm bağlanmaları bizim sevincimizdir.
Bu təhsil ilinin ilk günündə şagirdlərimiz siniflərə virusla mübarizə üsullarından istifadə qaydalarına əməl edilərək buraxıldılar. Onların temperaturu yoxlanıldı, əlləri müəyyən məhlullarla dezinfeksiya edildi. Siniflərdə ara məsafələr nəzərə alınaraq tək-tək oturduldu və dünyanın ən gözəl səsi olan uşaqlarımızın səsləri məktəbi sükunətdən qurtardı.
Bu sevinci biz, müəllimlərə yaşadan dövlətimizə və onun başçısı, uşaqların, müəllimlərin qayğısını çəkən prezidentimiz İlham Əliyevə minnətdarıq.